İngiltərənin "Liverpul" komandasının futbolçusu Ceremi Frimponq UEFA Çempionlar Liqası Liqa mərhələsinin 8-ci turunun "Qarabağ"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportnet.az xəbər verir ki, niderlandlı müdafiəçi 1/8 finala yüksəlmək üçün qələbənin vacib olduğunu deyib.
"Çempionlar Liqası bizim üçün əsas hədəfdir. Bəzən meydanda işlər istədiyimiz kimi getməsə də, hər matçda sonadək mübarizə aparırıq. Turnir cədvəlindəki mövqeyimiz qənaətbəxşdir. Sabahkı qələbə bizi birbaşa 1/8 finala daşıyacaq", - niderlandlı oyunçu vurğulayıb.
Frimponq Almaniya "Bayer"ində çıxış etdiyi zaman "Qarabağ"la Avropa Liqasında keçirdikləri oyunları yada salıb. 25 yaşlı sağ cinah müdafiəçisi Azərbaycan təmsilçisinin Çempionlar Liqası səviyyəsində komanda olduğunu bildirib: "Gərgin oyunlar idi. Rəqib hesabda 2:0 və ya 3:0 bizdən üstün gedirdi, amma geridönüş edə bildik. Ona görə də onların nə qədər güclü olduğunu bilirəm. “Qarabağ” həqiqətən Çempionlar Liqası səviyyəsindədir. Asan matç olmayacaq. Hazırlıqlı olmalıyıq".
Qeyd edək ki, yanvarın 28-də Enfild" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.













































































