Bu gün "Qarabağ" komandası UEFA Çempionlar Liqasının əsas mərhələnin VIII tur matçına çıxacaq.
Sportnet.az-ın məlumatına görə, son turda rəqib İngiltərə "Liverpul"u olacaq.
"Enfild" stadionunda keçiriləcək oyunu slovakiyalı baş hakim İvan Krujlyak idarə edəcək.
Hazırda "Liverpul" 7 oyundan 15 xalla 4-cü, "Qarabağ" 10 xalla 18-ci yerdə gedir. İngiltərə təmsilçisi birbaşa 1/8 finala vəsiqəni təmin edən ilk "8-lik"də qalmaq üçün ən azı heç-heçə etməlidir.
Azərbaycan klubu isə pley-offa vəsiqəni böyük ölçüdə təmin edib. Ağdam komandası "24-lük"də daha yaxşı mövqe tutmaq üçün ilk növbədə, böyük hesabla uduzmamalıdır.
"Liverpul" İngiltərə Premyer Liqasında 23 turdan sonra 36 xalla 6-cı, "Qarabağ" Azərbaycan Premyer Liqasında 17 turdan sonra 36 xalla 2-ci yerdə gedir.
28 yanvar
UEFA Çempionlar Liqası
Əsas mərhələ, VIII tur
00:00. "Liverpul" (İngiltərə) – "Qarabağ" (Azərbaycan)
Hakimlər: İvan Krujlyak, Branislav Hançko, Yan Pozor, Peter Kraloviç
VAR: Pol van Bökel (Niderland), Yan Boterberq (Belçika)
Hakim-inspektor: Alen Hamer (Lüksemburq)
UEFA nümayəndəsi: Roksana Berçeyanu (Rumıniya)
"Enfild" stadionu.
















































































