"Qarabağ" komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, bu, əsas mərhələnin VIII turunun oyunlarından sonra bəlli olub.
İngiltərədə "Liverpul"a 0:6 hesabı ilə uduzmasına baxmayaraq, Azərbaycan təmsilçisi ilk "24-lük"də yerini qoruyub.
Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv əsas mərhələni 10 xalla 22-ci pillədə başa vurub.
Qeyd edək ki, pley-off mərhələsinin püşkü yanvarın 30-da atılacaq.












































































