UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın İngiltərə "Nyukasl"ı ilə keçirəcəyi oyunların tarixləri açıqlanıb.
Sportnet.az xəbər verir ki, ilk oyun fevralın 18-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Cavab görüşü isə fevralın 24-də İngiltərədə, “Sent Ceyms Park” stadionunda keçiriləcək. Bu matç Bakı vaxtı ilə saat 00:00-da (25 fevral) başlayacaq.
İki oyunun nəticəsinə əsasən mərhələ adlayan komanda 1/8 finalda İspaniyanın “Barselona” və ya İngiltərənin “Çelsi” komandası ilə qarşılaşacaq. Bu mərhələnin püşkatma mərasimi 27 fevralda keçiriləcək.










































































