Azərbaycan millisinin və Almaniyanın “Kayzerslautern” klubunun futbolçusu Mahır Emreli sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
Sportnet.az xəbər verir ki, 29 yaşlı hücumçu “Instagram” hesabının hekayə bölümündə Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı paylaşılan postu yayımlayıb.
Sözügedən paylaşım “Qarabağ” adlı səhifəyə məxsus olub və burada Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 31 yanvar 1884-cü ildə doğulduğu qeyd edilib.











































































