İlqar Nadiri 2019-cu ildən müxtəlif vəzifələrdə çalışdığı "Kəpəz"ə yenidən qayıtmaq istəyir.
Sportnet.az-ın məlumatına görə, 2025-ci ilin sentyabrında əməliyyatlar üzrə rəhbər vəzifəsindən uzaqlaşdırılmış Nadiri klub rəhbərliyinə əliboş yox, yeni sponsorla gəlmək niyyətindədir.
Onun tapdığı sponsorun Gəncə təmsilçisinə 1,5 milyon manat vəsait ayırmağa hazır olduğu bildirilir. Yeganə şərt odur ki, klubun rəhbərliyində təmsil olunan bəzi şəxslər "Kəpəz"dən getməlidir.
Qeyd edək ki, hazırda kluba Adil Vəliyev - Fərman Əlizadə cütlüyü rəhbərlik edir. "Kəpəz" isə Azərbaycan Premyer Liqasında 12 xalla 11-ci yerdə gedir.










































































