"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin "Qarabağ"ı UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.
Sportnet.az-ın xəbərinə görə, bu barədə Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov açıqlama verib.
Qurbanov bildirib ki, rusiyalı mütəxəssis onunla görüntülü danışaraq, təbriklərini çatdırıb.
Qeyd edək ki, Yuri Syomin "Qəbələ"də 2013/2014 mövsümündə çalışıb.












































































