Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku xəstəxananı tərk edib.
Sportnet.az-ın məlumatına görə, 80 yaşlı mütəxəssis uzunmüddətli tibbi müayinədən keçib.
Yekunda həkimlər onun xəstəxananı tərk etməsinə icazə veriblər. Bütün analizlərin nəticələri əla olub.
Luçeskunun yaxın vaxtlarda işinə qayıdacağı və yığmanı Türkiyəyə qarşı 2026-cı il dünya çempionatının keçid pley-off oyuna hazırlayacağı gözlənilir. Matç martın 26-da gerçəkləşəcək.
Qeyd edək ki, Mirça Luçesku səhhətinin pisləşməsi və ürəyindəki problemlərlə əlaqədar yanvarın sonlarında xəstəxanaya yerləşdirilib.









































































