
İspaniyanın "Real Madrid" klubu Fransa PSJ-sinin 120 milyon avroluq təklifini rədd edib. Sportnet.az-ın AS-a istinadən məlumatına görə, parislilər Kriştianu Ronaldudan ötrü bu qədər təklif ediblər. 
Hətta klub prezidenti Nasser əl-Xelaifi "kral klubu"ndakı həmkarı Florentino Pereslə də görüşüb. Lakin Peres bildirib ki, Ronaldunun müqaviləsində daha yüksək məbləğ göstərilib. Daha dəqiqi, portuqaliyalı ulduz 1 milyard avro qarşılığında komandanı tərk edə bilər. 
Qeyd edək ki, "Real Madrid"in yeni baş məşqçisi Rafael Beniteslə Kriştianu Ronaldunun münasibətlərində soyuqluğun yarandığı bildirilir. 









                 





    
    
    
    
    
    
    
    
    






















































