"Təəssüf ki, minimal hesabla məğlub olduq".
Sportnet.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov səfərdə Macarıstana 0:1 hesabı ilə uduzduqları dünya çempionatının seçmə oyunundan sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Şimali Makedoniya üzərində 2:0 hesablı qələbədən sonra bu qarşılaşmada ən azı 1 xal qazanmaq istəyiblər: "Rəqibi yaxşı təhlil etmişdik, komandanın gücünü, futbolçularının səviyyəsini bilirdik. Birinci hissədə bizi səhv etməyə məcbur etdilər və qapımıza yol tapdılar. Qarşıdakı oyunlarda yaxşı nəticə qazanmaq üçün tez bir zamanda səhvlərimizi analiz edib, onları aradan qaldırmağa çalışacağıq".
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu aprelin 14-də səfərdə Andorra seçməsinə qarşı keçirəcək.













































































