
UEFA-nın rəsmi saytında Türkiyə futbolunda çıxış edən ən yaxşı 10 əcnəbi futbolçunun adı açıqlanıb. məlumatına görə, bu futbolçuların 5-i vaxtilə "Qalatasaray" klubunun formasını geyinib.
UEFA-ya görə, Türkiyə futbolunun ən yaxşı 10 legioneri bunlardır:
George Hacı - "Qalatasaray"ın heyətində 4 dəfə ölkə çempionatı, UEFA kuboku və UEFA Super Kubokunu qazanıb - 1996-2001
Aleks De Souza - "Fənərbaxça" formasında Türkiyədə futbolçuya məxsus olan ən böyük statistikalara imza atıb və 245 çempionat oyununda 136 qol vurub və 2 dəfə ən sərrast futbolçu olub (2006/07 və 2010/11) - 2004-2011
George Popesku - "Barselona"dan "Qalatasaray"a gələn müdafiəçi komandasına UEFA Kubokunu qazandıran son penalti zərbəsini yerinə yetirib - 1997-2001
Dieqo Luqano - "Fənərbaxça"nın 100 illiyində çempion olmasında böyük pay sahibi olan futbolçu standart vəziyyətlərdən istifadə etməyi bacarırdı - 2006-2011
Didye Droqba - "Qalatasaray"a gəldiyi il yeni komandası çempionluq sevinci yaşayıb - 2012-2014
Tomas Sivok - "Beşiktaş"ın müdafiəçi əsasən standart vəziyyətlərdən yadda qalıb - 2008-2015
Pierre Van Hooydonk - "Fənərbağça" bu futbolçu iə ardarda iki dəfə çempionluq sevinci yaşayıb - 2003-2005
Şota Arveladze - "Trabzonspor"a transfer olan futbolçu komandasına Türkiyə kubokunu qazandırıb və bombardir adını qazanıb - 1993-1997
Mario Jardel - Türkiyə futbolunun ən bahalı transferi "Qalatasaray"a UEFA çempionluğu yaşadan qola imza atıb və 24 çempionat oyununda 22 qol vurmaqla bombardir olub - 2000-2001
Klaudio Taffarel - "Qalatasaray"ın unudulmaz qapıçısına çevrilən əlcək sahibi ölkə çempionluğu və UEFA yarışlarının qalibi olub - 1998-2001