"Qarabağ"ın futbolçuları Elvin Cəfərquliyev və Abbas Hüseynov əvəzedici heyətdə oyuna çıxıblar.
Sportnet.az-ın məlumatına görə, hər iki müdafiəçi "Qarabağ-2"nin heyətində "Zirə-2"yə qarşı Əvəzedicilər Liqasının XXIV tur matçında forma geyiniblər.
Binə qəsəbə stadionunda keçirilmiş görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 5:1. Hüseynov 49-cu dəqiqədə komandasının ikinci, Cəfərquliyev isə 73-cü dəqiqədə penaltidən üçüncü qolunu vurub.
Qeyd edək ki, hər iki oyunçu əsas komandanın baş məşqçisi Qurban Qurbanovun qərarı ilə əvəzedici heyətə göndərilib.















































































