İtaliya A Seriyası təmsilçisi "Milan"ın yarımmüdafiəçisi Luka Modriçlə planı bəlli olub.
Sportnet.az-ın məlumatına görə, cari mövsümün sonunda müqaviləsi başa çatan xorvatiyalı futbolçunun daha bir il klubda qalacağı gözlənilir.
Bu barədə "rosyonerilər"in idman direktoru İqli Tare məlumat verib.
Qeyd edək ki, Luka Modriç "Milan" forması ilə meydana çıxdığı 36 görüşdə 2 qol və 3 məhsuldar ötürməyə imza atıb.















































































