AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "Sumqayıt" 10 000 manat cərimələnib:
Azərbaycan Premyer Liqası XXX tur
2 may 2026-cı il tarixində Azərbaycan Premyer Liqasında XXX turun “Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” komandasının baş məşqçisi Saşa İliç hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 5000 manat cərimə edilsin. (maddə 51.1);
2 may 2026-cı il tarixində Azərbaycan Premyer Liqasında XXX turun “Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” komandasının prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olduğuna görə 2 oyun şərti olmaqla 5 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 5000 manat cərimə edilsin. Sınaq müddəti 6 ay təyin edilsin (maddə 87.1, 19);















































































