1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz" "Şəmkir"i Yevlaxda yendi
Yevlaxda təlim-məşq toplanışında olan "Kəpəz” yoxlama oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, "sarı-göylər” birinci divizionun təmsilçisi "Şəmkir”lə qarşılaşıb.
Yevlax şəhər stadionunda baş tutan qarşılaşma Gəncə komandasının qələbəsi ilə yekunlaşıb - 3:2. Aşağı liqa klubu ilə matçda "Kəpəz”in baş məşqçisi Şahin Diniyev bütün futbolçulara oynamaq şansı verib. Hesaba gəlincə, oyunun gedişində 2 top fərqi ilə geri düşən gəncəlilər əzmkar qələbə qazanıblar. Fasiləyə kimi Aleksandr Sıtnik hesab arasındakı fərqi azaldıb. İkinci hissənin əvvəlində ukraynalı hücumçu daha bir qol vuraraq qarşılaşmada bərabərliyi təmin edib. Sona az qalmış isə qələbə topunu 11 metrlik cərimə zərbəsindən Tural Axundov vurub - 3:2.