17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ikinci oyununu keçirəcək. Sportnet.az-ın məlumatına görə, yığmamız Belçika ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Yığmamızın mübarizə apardığı 6-cı qrupun oyunları Belçikada təşkil olunub. Komandamız ilk turda Çexiyaya böyük hesabla uduzub - 1:4.