
- Həmişə oyundan öncə start heyətini açıqlayırsınız. Bu dəfə də adətinizə sadiq qalacaqsınız?
- Hər oyundan öncə açıqlayıram. Ancaq bu gün bunu edə bilməyəcəm. Çünki dünənki məşqdə 2 futbolçu zədələnib. Bugünkü məşqdən sonra biləcəm ki, vəziyyət necədir. Bu səbəbdən heyəti açıqlaya bilməyəcəm. Zədələnən futbolçuların adlarını açıqlamaq istəmirəm. Yalnız məşqdən sonra deyə bilərəm ki, o oyunçular İtaliyaya qaşrı meydana çıxacaq, ya yox. Hər şey yaxşı olsa heyətdə Kamran Ağayev, Maksim Medvedev, Bədavi Hüseynov, Arif Daşdəmirov, Qara Qarayev, Eddi İsrafilov, Rahid Əmirquliyev, Dmitri Nazarov, Ruslan Qurbanov və Əfran İsmayılov olacaq.
- Berti Foqtsun komandasında 4 oyun məğlubedilməzlik seriyası yox idi. Öz komandanızla Foqts dönəmini necə müqayisə edərdini?
- Keçmişi yada salmaq və müqayisə etmək istəmirəm. Bəli, qısa zamanda komanda özünə inamı qaytardı. Düzgün qeyd etdiniz ki, 4 oyun məğlub olmadıq və onun 2-ni səfərdə oynadıq. Mənə elə gəlir ki, komanda özünü yaxşı tərəfdən göstərdi. Komanda maraqlı oyun nümayiş etdirir. Məndə olan məlumata görə 40 min bilet satılıb. İnanıram ki, komandam da öz oyununu göstərəcək. Bu isə o deməkdir ki, Azərbaycanda istedadlı futbolçular var.