Türkiyənin "Qalatasaray" klubu yeni sponsorla anlaşıb. Sportnet.az-ın məlumatına görə, "Dumankaya İnşaat" "sarı-qırmızılar"ın forma sponsoru olub.
Yerli mətbuat sabah keçiriləcək imza mərasimində 3 illik müqaviləyə qol çəkiləcəyini bildirib. Mərasimdə klub prezidenti Dursun Aydın Özbek və "Dumankaya İnşaat"ın idarə heyətinin sədri Uğur Dumankaya iştirak edəcək.
Müqaviləyə əsasən yeni sponsorun adı formanın ön hissəsində yazılacaq.