
"Qəbələ" - "Sumqayıt" matçının fasiləsində U-17 liqasının bombardiri Ehtiram Şahverdiyev mükafatlandırılıb. Sportnet.az-ın məlumatına görə, bombardirə AFFA-nın mükafatını "Qəbələ"nin və Azərbaycan millisinin qapıçısı Kamran Ağayev təqdim edib.
Qeyd edək ki, Şahverdiyev bu mövsüm U-17 liqasında 44 qol vurub.