
Türkiyənin "Fənərbağça" klubu Avropa Liqasının Hollandiyada "Ayaks"la keçiriləcək matçında futbolçusu Lazar Markoviçin xidmətindən yararlana bilməyəcək. Sportnet.az-ın məlumatına görə, buna səbəb serbiyalı futbolçunun zədəli olmasıdır.
Futbolçu Hollandiyaya yollanan heyət arasında yer almayıb. Onun 2 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.







































































