Serbiyalı mütəxəssis 3:2 hesabı ilə qalib gəldikləri matçda gənc futbolçu Tural Qürbətovun qol vurmasına sevindiyini də bildirib: "Ümid edirəm ki, Qürbətov gələcəkdə bizə faydalı futbolçu olacaq. Keçmişlə bağlı isə danışmaq istəmirəm. 1/4 finalda da "Rəvan"la qarşılaşmışdıq. Həmin vaxt Rauf Əliyev zədəli idi. Bu da bizə mənfi təsir etdi. Bir hücumçu ilə oynamaq çətin idi".
Pantiç onu da bildirib ki, "Bakı"nı bəzi futbolçular tərk edəcək. Lakin Əfran İsmayılovun müqaviləsi olduğu üçün komandada qalacaq.