
Noyabrın 17-də Azərbaycan və Moldovanın futbol üzrə milli komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun televiziya vasitəsilə yayım siqnalının əldə olunması üçün AFFA-nın elan etdiyi tenderin nəticəsi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, tenderin qalibi 10 min manat təklifi ilə çıxış edən CBC Sport kanalı olub.
Kanalın müvafiq müraciəti əsasında AFFA ilə aparılmış danışıqlara uyğun olaraq Azərbaycan – Moldova oyunu CBC Sport kanalında yayımlanacaq.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:00-da başlanacaq.







































































