
"Növbəti oyunumuza hazırlaşırıq. Bizi çətin rəqiblə oyun gözləyir. Fikrimcə, Moldova bizim səviyyəmizdədir. Bu səbəbdən, 2015-ci ili qələbə ilə başa vurmaq istəyirik. Azarkeşləri sevindirmək üçün hər şeyi edəcəyik". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Bədavi Hüseynov deyib.
24 yaşlı müdafiəçi yerli klubların Avropa Liqasındakı çıxışlardan böyük təcrübə qazandıqlarını bildirib: "Monako", "Tottenhem" kimi ad-sanlı komandalarla mübarizə oyun keyfiyyətimizin artmasına, inamlı çıxışımıza səbəb olur. Hər il avrokuboklara vəsiqə qazansaq və yaxşı oyun sərgiləsək, bu, yığmadakı çıxışımıza da təsirsiz ötüşməyəcək".