1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İndi yavaş-yavaş ortaya keçirirlər"
"Bu, millinin cari ildə sonuncu oyunu idi. Komanda yoldaşlarımla bərabər bu oyuna yaxşı hazırlaşırdıq ki, uğurlu nəticə əldə edək. Bunu edə bildik və Moldovaya qalib gəldik". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Maksim Medvedev Moldova yığması ilə yoldaşlıq görüşündən sonra deyib.
Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən Medvedev Moldovaya qarşı mərkəzdə oynamasından danışıb: "Premyer Liqada "Xəzər Lənkəran"a qarşı oynayanda da bu mövqedə çıxış etmişəm. Bu oyundan sonra 1-2 dəfə yerim dəyişdi. İndi yavaş-yavaş ortaya keçirirlər. Rəşad Sadıqovun zədəsi var. Baş məşqçi mənə desə ki, sol cinah müdafiəçisi mövqeyində oyna, orada oynayacağam. Bizdə Elvin Yunuszadə kimi oyunçu da var. Mənim mərkəz müdafiəçisi mövqeyində çıxış etməyim heç də Sadıqovun karyerasını başa vuracağı ilə əlaqəli deyil. Sadəcə, o, zədəli idi və buna görə həmin mövqedə çıxış edirdim. Amma Rəşad qayıdandan sonra yenidən sağ cinahda oynayacağam".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilmiş yoldaşlıq görüşü Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 2:1.