İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu məşhur model Alessandra Ambrozio ilə birgə GQ jurnalının son nömrəsinin üz qabığı üçün çəkilib. Sportnet.az-ın məlumatına görə, çəkilişdən sonra cütlük topla oynamağı qərara alıb.
Onlar topu başla bir-birilərinə ötürərək, yerə düşməsinə imkan verməməyə çalışıblar. Model bu işi peşəkar futbolçudan heç də zəif bacarmayıb. Görünür, onun əslən braziliyalı olması da öz sözünü deyib.