1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
O penaltini 21 il əvvəl "Neftçi" vurub
"Barselona" və "Selta" komandaları arasındakı İspaniya çempionatının XXIV tur matçında penaltidən vurulan qolun bənzəri 21 il öncə Azərbaycan çempionatında qeydə alınıb. Sportnet.az-ın məlumatına görə, bu barədə hazırda "Qəbələ"də menecer vəzifəsində çalışan keçmiş idman jurnalisti Səbuhi Səfiyaroğlu "Facebook" statusunda bildirib.
O qeyd edib ki, 1995-ci ildə "Neftçi"nin futbolçusu Yunis Hüseynov penaltini yerinə yetirərkən, topu birbaşa qapıya yox, ölkə futbolu tarixində ilk legioner sayılan komanda yoldaşı Otar Korqalidzeyə atıb. Gürcüstanlı oyunçu isə dəqiq zərbə ilə qol vurub.
Müzakirələrə qoşulan keçmiş futbolçu Füzuli Məmmədov həmin oyunun iştirakçısı olduğunu açıqlayıb. Onun sözlərinə görə, "Neftçi" ilə Bərdə "Pambıqçı"sı arasında baş tutmuş qarşılaşmada 4-cü qolu Hüseynovun ötürməsindən sonra Korqalidze vurub.
Maraqlıdır ki, "Barselona" - "Selta" matçında da qeyri-adi penaltidən sonra meydan sahibləri 4-cü qola imza atıblar. Bundan başqa, hər iki oyunda qalib komanda 6 top vurub. Amma "Pambıqçı"dan fərqli olaraq, "Selta" 1 qolla təsəlli tapıb.
Qeyd edək ki, gec saatlar olduğundan, məsələni Yunis Hüseynovun özü ilə dəqiqləşdirmək alınmayıb. Sportnet.az 21 il əvvəl Azərbaycan çempionatında baş vermiş analoji olayı diqqətdə saxlayacaq.