1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
14 il sonra yenidən
Türkiyə Super Liqasının XXII turunda "Qalatasaray"la səfər oyununda "Trabzonspor" 14 il əvvəlki göstəricisini təkrarlayıb. Sportnet.az-ın məlumatına görə, "bordo-mavilər" 4 qırmızı vərəqə alıb və mübarizəni 7 nəfərlər davam etdirib.
İstanbul təmsilçisi ilə oyunda baş hakim Deniz Ateş Bitnel futbolçular Özər Hurmacı, Aykut Dəmir, Cavanda və Saleh Dursuna qırmızı vərəqə göstərib. Analoji hal 2001/2002 mövsümündə Qaradəniz təmsilçisinin başına gəlib. Həmin ildə aprelin 22-də "Antalyaspor"a səfərdə 4:2 hesabı ilə məğlub olan "Trabzonspor"un heyətində eyni sayda futbolçu meydandan qovulub.
"Trabzonspor"dan əlavə, oyunu 7 futbolçu ilə başa vuran komandalar siyahısında "Qalatasaray" və "Fənərbağça"nın da adı var.
Türkiyənin yüksək liqa tarixində rekord göstərici isə "Beşiktaş"a məxsusdur. "Ağ-qaralar" 2004-ci il yanvarın 25-də "Samsunspor"la ev oyununda 5 qırmızı vərəqə alıb. Sonuncu "qırmızı" veriləndə "Samsunspor" 4:1 hesabı ilə öndə olsa da, qaydalara görə, oyun dayandırılıb. Nətcədə Türkiyə Futbol Federasiyası həmin oyunun nəticəsini 4:0 olaraq müəyyən edib.