"Hannover" klubunun futbolçusu Uqu Almeyda Almaniya Bundesliqasında 3 oyunluq diskvalifikasiya olunub. Sportnet.az-ın məlumatına görə, belə cəzaya portuqaliyalı hücumçunun XXII turun "Auqsburq"la qarşılaşmasında rəqibi dirsəklə vurması səbəb olub.
31 yaşlı forvard "Ştutqart", "Volfsburq" və "Verder"lə qarşılaşmaları buraxmalı olacaq.
Qeyd edək ki, "Auqsburq"la qarşılaşmada "Hannover" məğlub olub - 0:1.