İsveçrənin Sürix şəhərindəki FİFA-nın Növbədənkənar Konqresi çərçivəsində qurumun prezidenti vəzifəsinə səsvermə başlayıb. Sportnet.az-ın məlumatına görə, AFFA adından baş katib Elxan Məmmədov səs verib.
Daha öncə milli assosiasiya seçkidə namizədlərdən UEFA-nın baş katibi Canni İnfantinonu dəstəkləyəcəyini açıqlayıb. Digər namizədlər isə İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, Asiya Futbol Konfederasiyasının (AFK) prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə, FİFA-nın baş katibinin sabiq köməkçisi Jerom Şampandır. Cənubi Afrika Respublikasından olan iş adamı Tokyo Seksvale isə namizədliyini geri götürüb.
Qeyd edək ki, Konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayevlə vitse-prezident Elşad Nəsirov da iştirak edir. (Report.az)