
Azərbaycan milli komandasının 2016-cı il Avropa Çempionatının seçmə qrup mərhələsindəki daha bir rəqibi ilə səfər matçının stadionu müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu Malta yığmasıdır.
Malta Futbol Assosiasiyasının (MFA) icraçı direktoru Byorn Vassallo bütün rəqiblərini Ta Qali şəhərindəki milli stadionda qəbul edəcəklərini bildirib. O, oyun biletlərinin qiymətinin sektorlardan asılı olaraq 8-20 avro arasında dəyişdiyini söyləyib.
Matçın keçiriləcəyi Ta Qali milli stadionu 1980-ci ildə inşa edilib və 18 min azarkeş tutumuna malikdir.
Qeyd edək ki, Malta və Azərbaycan yığmaları arasındakı görüş 2015-ci il sentyabrın 6-da baş tutacaq.