1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yığmamız bu dəfə Ukraynaya qarşı
Sabah Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasını (U-17) Avropa çempionatının final mərhələsinə hazırlıq çərçivəsində növbəti sınaq gözləyir. Sportnet.az-ın məlumatına görə, Təbriz Həsənovun yetirmələri Rusiyadan sonra ukraynalı həmyaşıdları ilə qüvvələrini sınayacaq.
Həmin yoxlama oyunları da 2 gündə və Bakı Olimpiya Stadionunda baş tutacaq. Martın 1-də və 3-də olacaq görüşlər saat 16:00-da başlayacaq.
17 yaşlılarımız ukraynalı həmyaşıdları ilə daha öncə görüşüblər. 2010-cu ilin oktyabrın 30-da Xorvatiyada Avropa çempionatının seçmə qrup mərhələ oyunu qolsuz bərabərliklə bitib. 2014-cü il yanvarın 23-də Türkiyədə beynəlxalq turnir çərçivəsində baş tutmuş matç isə ukraynalıların 2:1 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, Təbriz Həsənovun komandası ötən həftə Rusiya U-17-si ilə ilk oyunda 1:5 hesabı ilə darmadağın olunmuş, ikinci matçda isə 1:0 hesablı qələbə qazanmışdı.