Türkiyənin "Qalatasaray" klubu ilə yollarını ayıran baş məşqçi Mustafa Dənizli təzminat ödəyəcək. Sportnet.az-ın məlumatına görə, klub prezidenti Dursun özbek məbləğin 625 min avro olduğunu bildirib.
Lakin həmin məbləğ indi yox, mütəxəssisin yeni bir komandada işləməyə başladığı vaxt ödəniləcək. D.Özbek həmin məbləğin bir hissəsini almayacaqlarını deyib.
Nəticədə Mustafa Dənizli 3 ay çalışdığı "Qalatasaray"da 1 milyon avro qazanmış olacaq.