17 yaşadək futbolçulardan ibarət yığmamızın (U-17) baş məşqçisi Təbriz Həsənov Ukrayna ilə bugünkü yoldaşlıq görüşü haqda fikirlərini açıqlayıb. Sportnet.az-ın məlumatına gör, təcrübəli mütəxəsis 0:1 hesabı ilə uduzduğumuz matçdan yetirmələrindən narazı qalıb.
Həsənovun sözlərinə görə, birinci hissədəki oyunumuz son 4 qarşılaşmada nümayiş etdirdiyimiz ən zəif idi: "Fasilədə komanda ilə söhbət etdik və ikinci hissədə nisbətən daha yaxşı oynaya bildik. Bununla belə, hücumda istədiyimiz kimi çıxış etmədik. Xüsusilə, kəsərli hücumlar qurmaq üçün sürətimiz çatmırdı. Rusiya və Ukrayna yığmalarını müqayisə etsək, ikincilərin daha güclü olduğunu qeyd edə bilərəm. Keçirdiyimiz 4 oyun çatışmazlıqlarımızın nədən ibarət olduğunu daha qabarıq göstərdi. Problemləri aradan qaldırıb Avropa çempionatında yaxşı çıxış etməyə çalışacağıq”.