1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nazir ölkə kubokuna qadağa qoydu
Futbol üzrə Yunanıstan Kuboku yarışları dayandırılıb. Sportnet.az-ın məlumatına görə, bu barədə Yunanıstanın idman naziri Stavros Kontonis açıqlama verib.
O, qadağanın yeni qəraradək qüvvədə olacağını bildirib. Belə sərt tədbirə PAOK və "Olimpiakos" komandaları arasındakı yarımfinal matçında azarkeşlərin çaxnaşma törətməsi səbəb olub.
Qarşılaşma 86-cı dəqiqədə qonaqlar 2:1 hesabı ilə öndə olduqları vaxt yarımçıq qalıb. Baş hakim meydan sahiblərinin futbolçusu Robert Makın rəqibin cərimə meydançasında yerə yıxılmasını penalti kimi dəyərləndirməyib. Bundan sonra meydana qərardan narazı fanatlar girib. Onları polisin köməyilə meydandan çıxarmaq mümkün olub.
Oyundan sonra PAOK-un sahibi İvan Savvidi kubok mübarizəsindən çəkildiklərini və aprelin 6-da "Olimpiakos"la cavab görüşünə yollanmayacaqlarını bildirib.