Azərbaycan və Qazaxıstan milli komandaları arasında martın 26-da Türkiyənin Antalya şəhərində keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, qarşılaşmanı türkiyəli FIFA referiləri idarə edəcək.
Baş hakim: Ali Palabıyık
Baş hakimin köməkçiləri: Ceyhun Sesigüzel, Kerem Ersoy
Dördüncü hakim: Halil Umut Meler
Palabıyık və Sesigüzel 2015-ci il iyulun 2-də "Neftçi"nin Avropa Liqasında Monteneqro "Mladost"u ilə Bakıda keçirdiyi I təsnifat mərhələsinin ilk oyununda da iş başında olub.
Qeyd edək ki, Azərbaycan - Qazaxıstan görüşü bu gün Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.








































































