Hollandiya və Fransa yığmaları arasındakı yoldaşlıq görüşündə əfsanəvi futbolçu Yohan Kroyfun xatirəsi anılıb. Sportnet.az-ın məlumatına görə, oyun 14-cü dəqiqədə dayandırılıb.
Azarkeşlər və futbolçular bir dəqiqə boyunca onu alqışlayıblar. Görüş isə Fransanın 3:2 hesablı səfər qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərindən Luk de Yonq (dəq. 47) və İbrahim Afellay (dəq. 86), qonaqlardan isə Antuan Qrizmann (dəq. 6), Olivye Jiru (dəq. 13) və Bleyz Matuidi (dəq. 88)
Qeyd edək ki, Yohan Kroyf martın 24-də xərçəng xəstəliyindən dünyasını dəyişib.