
Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Nikolay Pisarev azərbaycanlı həmyaşıdları ilə son oyundan yenidən söz açıb. Sportnet.az-ın məlumatına görə, rusiyalı mütəxəssis evdə 2:2 hesabı ilə bərabərliyə qaldıqları Azərbaycanla rəsmi oyunu Almaniya ilə qarşıdakı matçla müqayisə edib.
Pisarevin fikrincə, bu 2 rəqib arasında qüvvələr nəsibətində böyük fərq olsa da, qrup lideri olan almanlar oyun elə də çətin olmayacaq: "Almaniya yığması yaxşı qıcıq mənbəyidir. Onun favorit olması matça marağı daha da artırır. Hesab edirəm ki, son görüşlə müqayisədə bizə oynamaq asan olacaq. Çünki Azərbaycan yığma komandası bütünlüklə müdafiə olunurdu. Sıx müdafiəni yarmaq isə futbolda ən çətin şeydir. Azərbaycan yığmasına qalib gəlməmək üzücü idi. İndi isə biz matçdan matça oynayırıq. Biz son matçımızı təhlil etdik. Bir daha deyə bilərək ki, qol buraxdığımız standart vəziyyətdə problemimiz var. Son günlərdə həmin problemi həll etməyə çalışdıq”.