Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatına daha bir vəsiqənin sahibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Almaniya millisi Hollandiyaya 1:0 hesabı ilə qalib gələrək, 4-cü qrupu 7 xalla birinci pillədə başa vurub.
Bundestim mayın 5-də start götürəcək çempionatın 9-cu iştirakçısı olacaq. Daha öncə təşkilatçı Azərbaycan millisi, İngiltərə, Ukrayna, Portuqaliya, İsveç, Belçika, İtaliya, Bosniya və Herseqovina da bu hüquqa yiyələnib. Ümumilikdə yarışa 16 ölkə qatılacaq.
Qeyd edək ki, Avropa çempionatı mayın 21-dək davam edəcək.