Bu gün Gürcüstan və Qazaxıstan milli komandaları arasında yoldaşlıq görüşü keçirilib. Sportnet.az-ın məlumatına görə, Tbilisidə baş tuan qarşılaşma 1:1 hesablı heç-heçə ilə nəticələnib.
Oyunda qollar ilk hissədə vurulub. 36-cı dəqiqədə Azat Nurqaliyev hesabı açıb. Gürcülərə tarazlığı bərpa etmək üçün cəmi 2 dəqiqə kifayət edib. Tornike Okriaşvili qolun müəllifi olub.
Bakının "İnter” klubununun yarımmüdafiəçisi Niko Kvekveskiri matçın iştirakçısı olub. Gürcüstan yığmasının slovakiyalı yeni baş məşqçisi Vladimir Vayss onu 77-ci dəqiqədə meydana buraxıb.
Qeyd edək ki, Qazaxıstan millisi bundan öncə - martın 26-da Azərbaycan milli komandası ilə Antalyada keçirilən yoldaşlıq görüşündə 1:0 hesabı ilə qalib gəlib.







































































