
"Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin çıxış etdiyi Albaniya yığması növbəti yoldaşlıq görüşünü keçirib. Sportnet.az-ın məlumatına görə, albanlar Lüksemburq millisi ilə səfər matçından 2:0 hesablı qələbə ilə ayrılıb.
Aqollinin komandası hər 2 qolu ikinci hissədə, özü də rəqib azlıqda qalarkən vurub. Belə ki, meydan sahiblərinin futbolçusu Jonatan Jubert 45-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan çıxarılıb. Alnabiya yığmasında qolların müəllifləri Armando Sadiku (63-cü dəqiqə) ilə Sokol Çikalleşi (75-ci dəqiqə) olub. Ansi ehtiyatda qalıb.
Aqollinin "Qarabağ"da komanda yoldaşı olan bosniyalı qapıçı İbrahim Şehiçin şərəfini qoruduğu milli komanda da səfərdə keçirilən yoldaşlıq görüşündə 2:0 hesablı qələbə qazanıb. Qolların müəllifləri "Roma"lılar - Edin Dzeko (14-cü dəqiqə) Mirələm Pyaniç (57-ci dəqiqə) olub. Şehiç də meydana çıxmayıb.