Ukrayna Premyer Liqasında tarixi olay gerşəkləşir. Sportnet.az-ın məlumatına görə, Yekaterina Monzul bu ölkənin güclülər dəstəsində ilk qadın baş hakim olacaq.
O, aprelin 3-də "Volın”la "Çernomorets” arasında keçiriləcək matçı idarə edəcək. Monzulun köməkçilərindən biri qadın olacaq. Bu, Natalya Raçinskayadır. Digər köməkçi-hakimlər Andrey Skripka ilə Yevgeni Aranovskidir.









































































