
Bakının "İnter" klubu 8 futbolçusu ilə müqavilə müddətini uzadıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bunlar Baçano Tsxadadze, Giorgi Lomaya, Laşa Salukvadze, Arif Daşdəmirov, Səlahət Ağayev, Derlis Meza Kolli, Slavço Georgiyevski və Elşən Poladovdur.
Bütün futbolçularla 1 illik anlaşma əldə edilib. Qeyd edək ki, yaxın günlərdə "İnter” digər futbolçularla da müqavilə müddətini uzadacaq.