"Düşünürəm ki, ehtiyatda daha bir neçə ilim var". Sportnet.az-ın məlumatına görə, bunu İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Ueyn Runi deyib.
30 yaşlı hücumçu gələcək karyerası haqda bunları deyib: "Yığmada son 2 ilim həqiqətən də mənim üçün yaxşı oldu. Çünki Bobbi Çarltonun rekordunu geridə qoydum. Bu mənim üçün böyük məna kəsb edir. Böyük futbolçunun əlindən mükafat almaq isə daha böyük əhəmiyyət kəsb edir. İndi mənim yeni rekordum var və mümkün qədər qol vurmağa çalışacam. Düzdür, zədələr rahatsızlıq yaradır. Ancaq bunu unudub irəliyə baxmaq lazımdır".