Avropa çempionatının elit-raundunda çıxış edən 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, 1-ci qrupda yer alan millimiz İrlandiya yığması ilə qarşılaşıb.
Dublin şəhərindəki "Tallaght" Stadionunda keçirilən oyun qızlarımız üçün uğursuz alınıb. Belə ki, millimiz irlandiyalı həmyaşıdlarına böyük hesabla uduzublar. Bu, U-19-nun elt-raundda ilk məğlubiyyəti olub. Patrisiya Qonsalezin yetirmələri ilk matçda Polşa ilə qolsuz bərabərliyə qalmışdı. İkinci turun digər oyununda polşalılara 3:1 hesabı ilə qalib gələn Almaniya 6 xalla qrupun vahid lideridir. Millimiz son oyununu aprelin 10-da Bakı vaxtilə saat 17:00-da almanlara qarşı keçirəcək.
22:30. Azərbaycan - İrlandiya - 0:3
Qollar: Maklaughlin, 15, Hayley Nolan, 60-pen, Niamh Prior, 71
Baş hakim: Ana Miniç (Serbiya)
Baş hakimin köməkçiləri: Danijela Stojanoviç (Serbiya), Ella De Vries (Belçika)
Dördüncü hakim: Lois Otte (Belçika)
Dublin. "Tallaght" Stadionu








































































