1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Luçesku qovuldu - VİDEO
Ukrayna Premyer Liqasında XXIV turun "Şaxtyor" - "Dinamo" matçının sonlarında kütləvi dava baş verib. Sportnet.az-ın məlumatına görə, meydan sahiblərinin 3-cü qolundan sonra oyunçular əlbəyaxa döyüşə çıxıb.
Hadisə yerinə hər iki komandanın ehtiyat futbolçuları və məşqçiləri də özlərini çatdırıb. Nəticədə baş hakim Taras Stepanenko və Andrey Yarmolenkoya, ehiyat oyunçu Aleksandr Kuçerə qırmızı vərəqə göstərib, "Şaxtyor"un baş məşqçisi Mirça Luçeskunu texniki zonadan qovub.
Qeyd edək ki, görüş "Dinamo"nun 0:3 hesablı məğlubiyyəti ilə nəticələnib. Bununla belə, hesab heç bir önəm kəsb etməyib. Kiyev komandası artıq çempionluğu, "Şaxtyor" isə gümüş medalı təmin edib.