Azərbaycan çempionatının I Divizionunda çıxış edən Qusarın "Şahdağ" klubu cəzalandırılıb. Sportnet.az-ın məlumatına görə, buna komandanın XXV turda "Şərurspor"la oyuna çıxmaması səbəb olub.
Futbolçular əmək haqlarını ala bilməmələrini səbəb göstəriblər. AFFA İntizam Komitəsi Qusar təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verib və 500 manat cərimə kəsib.