1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kubok oyunundan sonra dava - VİDEO
Futbol üzrə Ukrayna Kubokunun yarımfinal mərhələsinin "Zarya" və "Dnepr" arasında keçirilmiş cavab oyunundan sonra dava düşüb. Sportnet.az-ın məlumatına görə, insidentin səbəbkarı "Dnepr"in futbolçusu Roman Zozulya olub.
Final fitindən sonra "Zarya" qələbəni bayram edərkən rəqib hücumçu oyunun baş hakimi Anatoli Abdulaya yaxınlaşaraq, kobud şəkildə etirazını bildirib. Bundan sonra iki komanda arasında münaqişə yaşanıb. İnsident komandalar paltardəyişmə otağına yollandıqdan sonra da davam edib.
Qeyd edək ki, ilk oyunda 0:1 hesabı ilə məğlub olan "Zarya" cavab matçında rəqib qapısından 2 cavabsız top keçirərək adını finala yazdırıb.