Bakıa keçirilən Avropa çempionatının final mərhələsində qrup mübarizəsi yekunlaşıb. Sportnet.az-ın məlumatına görə, 1/4 finala çıxanlar arasında ən güclüsü Azərbaycan milli komandasının yer aldığı A qrupunun qalibi Portuqaliya yığması olub.
Düzdür, C və D qrupunun qalibləri olan Almaniya və İspaniya yığmaları da Pireney təmsilçisi kimi 7 xal toplayıblar. Ancaq portuqaliyalılar topların daha yaxşı fərqinə (+7) görə hamıdan üstün olub. Özü də yalnız bu yığma qol buraxmayıb. Qrupda ən böyükhesablı qələbəni də məhz Portuqaliya yığması qazanıb ki, bu, startda millimizlə oyunda reallaşıb - 5:0.
İlkin mərhələnin ən zəifi də bizim qrupdan olub. Bu, xal toplayan yeganə komanda Şotlandiya yığmasıdır. Bu azmış kimi, şotlandlar qol da vura bilməyiblər. İlk baxışdan qəribə görünsə də, Fransa da 3 oyunda rəqib qapısına yol tapa bilməyib. Ancaq fransızlar Danimarka ilə qolsuz heç-heçə sayəsində 1 xal toplaya bilib.
Məlum olduğu kimi, yığmamız 4 xal toplasa da, qrupdan şıxa bilməyib. Təbriz Həsənovun yetirmələri qruplarda 3-cü yeri tutanlar arasında ən yaxşı göstəriciyə malik 2 yığmadan biri olub. Digəri Danimarka yığması olub ki, skandinaviyalılar bizimlə müqayisədə topların daha yaxşı fərqinə malikdir - müvafiq olaraq -1 və -4.
Xatırladaq ki, millimiz Portuqaliyaya məğlubiyyətdən sonra Belçika ilə 1:1 hesablı heç-heçə edib, son turda isə Şotlandiyaya qalib gəlib - 1:0.