
Çexiya çempionatının oyunlarını idarə edən iki hakim yolverilməz davranışları səbəbindən diskvalifikasiya olunub. Sportnet.az-ın məlumatına görə, insident yüksək liqanın Prşibram" - "Slaviya" matçında meydanın kənarında baş verib.
Ehtiyat hakim müvazinətini itirərək, aşıb. Onun içkili olduğu müəyyənləşib. Digər hakim İrji Cex qapı arxasında təbii ehtiyaclarını ödəyərkən, nəzərdən qaçmayıb.
"Slaviya"nın 3:1 hesablı qələbəsi ilə bitən matç canlı yayımlanıb. Hər iki hakim Çexiya Futbol Federasiyasının qərarı ilə idarəçilikdən qeyri-müəyyən müddətə kənarlaşdırılıb.