
İspaniya La Liqasında 2016/2017 mövsümünün çempionu bu gecə məlum olacaq. Sportnet.az-ın məlumatına görə, çempionluq uğrunda ilk iki pillədə yer alan "Barselona" və "Real Madrid" mübarizə aparır.
Hazırda 88 xalla turnir cədvəlinə başçlıq edən kataloniyalılar səfərdə "Qranada"nı məğlub etməyə çalışacaq. Aktivində 87 xal olan Madrid klubu isə "Departivo"nun qonağı olacaq. "Barsa" xal itirəcəyi təqdirdə "Real Madrid" çempionluq üçün mütləq qələbə qazanmalıdır. Madridlilər xal itirəcəyi halda isə Kataloniya klubuna qalib olmaq üçün istənilən nəticə sərf edir. Xalların eyni olacağı təqdirdə komandaların şəxsi nəticələrinə əsasən (4:0, 1:2) "Barselona" çempionluğu qeyd edəcək.
85 xalla üçüncü olan "Atletiko Madrid" isə ən yaxşı halda, mövsümü ikinci pillədə başa vura bilər.
Çempionu müəyyənləşdirəcək oyunlar Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
İspaniya çempionatı, 38-ci tur
19:00. "Qranada" - "Barselona" - 0:3
Qollar: Luis Suares, 22, 38, 86
19:00. "Deportivo" - "Real Madrid" - 0:2
Qollar: Kriştianu Ronaldu, 7, 25